Cari ilin yanvar-sentyabr Azərbaycanda əhali siqaretə çəkdiyi xərci xeyli azaldıb.
Banker.az xəbər verir ki, 2021-ci ilin ilk üç rübündə siqaretlərin bahalaşmasına rəğmən, 132.02 milyon manat həcmində pərakəndə ticarət olub.
Əhalinin tütün məmulatlarının çəkilən xərcləri illik müqayisədə 62.02 milyon manat, yaxud 32% azalmışdır.
Tütün məmulatlarına cari ilin birinci rübü ərzində 35.03 milyon, ikinci rübü ərzində 43.62 milyon və üçüncü rübü ərzində 53.37 milyon manatlıq xərc çəkiblər.
Ötən ilin ilk 9 ayında 194.03 milyon manatlıq tütün məmulatları satılmış və bunun da 81.36 milyon manatı üçüncü rübün payına düşürdü.
2020-ci ilin 1 oktyabrında filtrli siqaretlərin qiyməti yerli istehsalda hər qutu üçün 1.70 manat, xarici istehsal üçün isə 2.48 manat olduğu halda, bu rəqəm cari ildə eyni dövründə müvafiq olaraq 1.97 manat və 2.78 manat olub.