Siqmund Freyd insan ruhunun dramı nə olduğunu və onu aradan qaldırmaq üçün nə lazım olduğunu anladı:
- İnsan ruhunun sirri uşaqlıq dövründə baş verən psixik dramlarda cəmlənib. Bu dramları müəyyən etsəniz şəfa özü gələcək.
 - Özünüzü müqayisə etməli olduğunuz yeganə şəxs keçmişdəki sizsiniz.
 - Güc və güvəni xaricdə yox, öz daxilinizdə axtarmağınız lazımdır. Əslində, onlar həmişə orada idilər.
 - Şübhəsiz ki, narahatlıq problemi bütün çox vacib məsələlərin düyün nöqtəsidir; narahatlıq probleminin həlli isə insanın bütün həyatını işıqlandırır.
 - Nevroz – qeyri-müəyyənliyə qarşı durmaq bacarığın olmamasıdır.
 - Sevgi münasibətlərində ciddi problemlər yaşadığınız zaman bir-birinizə qarşı mərhəmət göstərməyin, çünki bu, yalnız yabancılaşmaya gətirib çıxara bilər. Çətinliklər varsa, onları aradan qaldırmaq lazımdır.
 - Təəssüf ki, susdurulmuş duyğular ölmür. Onları susmağa məcbur ediblər və daxildən onlar hələ də insana təsir edirlər.
 - Təsadüf yoxdur. Hər bir şeyin səbəbi var.
 - Xoşbəxtlik saydığımız bir şey uzun müddət ərzində ödəmədiyimiz ehtiyaclara diqqət etdikdə yaranan hissdir.
 - Anasını şübhəsiz sevən bir insan, qazanmaq və müvəffəqiyyətə güvən duyğusu ilə yaşayır, bu da o insanın həyatında gerçək uğurlara səbəb olur.
 - Yuxular heç vaxt lazımsız işlərlə məşğul olmurlar; biz yalnız bizi narahat edən bir şeyi yuxumuzda görürük.
 - Depressiya – dondurulmuş qorxudur.
 - Sevildiyindən əmin olan hər bir insan nəticədə ən cəsur və özünə güvənən şəxs olur.
 - İnsanlar reallığı qeyri-qənaətbəxş hesab edirlər və buna görə də onlar fantaziya dünyasında yaşamağı üstün tuturlar. Güclü insanlar öz arzularını gerçəkləşdirirlər, zəif insanlar isə fantaziya dünyasında yaşamağa davam edirlər.
 - Özünə qarşı dürüst olmaq – yaxşı çalışmadır.
 - Məşğuliyyəti olan insan evində tənbəl qonaqları gec-gec qəbul edir: uçan milçəklər qaynar qazana yaxınlaşmırlar.
 - Yalnız uşaqlıq xəyallarının gerçəkləşməsi insana xoşbəxtliyi bəxş edə bilər.
 


                                    





