2 C
Baku
Saturday, December 14, 2024

Siqmund Freyd: təşvişi aradan qaldırmaq və özümüzü daha yaxşı anlamaq üçün nə etməliyik?

Siqmund Freyd insan ruhunun dramı nə olduğunu və onu aradan qaldırmaq üçün nə lazım olduğunu anladı:

  1. İnsan ruhunun sirri uşaqlıq dövründə baş verən psixik dramlarda cəmlənib. Bu dramları müəyyən etsəniz şəfa özü gələcək.
  2. Özünüzü müqayisə etməli olduğunuz yeganə şəxs keçmişdəki sizsiniz.
  3. Güc və güvəni xaricdə yox, öz daxilinizdə axtarmağınız lazımdır. Əslində, onlar həmişə orada idilər.
  4. Şübhəsiz ki, narahatlıq problemi bütün çox vacib məsələlərin düyün nöqtəsidir; narahatlıq probleminin həlli isə insanın bütün həyatını işıqlandırır.
  5. Nevroz – qeyri-müəyyənliyə qarşı durmaq bacarığın olmamasıdır.
  6. Sevgi münasibətlərində  ciddi problemlər yaşadığınız zaman bir-birinizə qarşı  mərhəmət göstərməyin, çünki bu, yalnız yabancılaşmaya gətirib çıxara bilər. Çətinliklər varsa, onları aradan qaldırmaq lazımdır.
  7. Təəssüf ki, susdurulmuş duyğular ölmür. Onları susmağa məcbur ediblər və daxildən onlar hələ də insana təsir edirlər.
  8. Təsadüf yoxdur. Hər bir şeyin səbəbi var.
  9. Xoşbəxtlik saydığımız bir şey uzun müddət ərzində  ödəmədiyimiz ehtiyaclara diqqət etdikdə yaranan hissdir.
  10. Anasını şübhəsiz sevən bir insan, qazanmaq və müvəffəqiyyətə güvən duyğusu ilə  yaşayır, bu da o insanın həyatında gerçək uğurlara səbəb olur.
  11. Yuxular heç vaxt lazımsız işlərlə məşğul olmurlar; biz yalnız bizi narahat edən bir şeyi yuxumuzda görürük.
  12. Depressiya – dondurulmuş qorxudur.
  13. Sevildiyindən əmin olan hər bir insan  nəticədə ən cəsur və özünə güvənən şəxs olur.
  14. İnsanlar reallığı qeyri-qənaətbəxş hesab edirlər və buna görə də onlar  fantaziya dünyasında yaşamağı üstün tuturlar. Güclü insanlar öz arzularını gerçəkləşdirirlər, zəif insanlar isə fantaziya dünyasında yaşamağa davam edirlər.
  15. Özünə qarşı dürüst olmaq – yaxşı çalışmadır.
  16. Məşğuliyyəti olan insan evində tənbəl qonaqları gec-gec qəbul edir: uçan milçəklər qaynar qazana yaxınlaşmırlar.
  17. Yalnız uşaqlıq xəyallarının  gerçəkləşməsi insana xoşbəxtliyi bəxş edə bilər.

 

Son xəbərlər
Digər xəbərlər