21 C
Baku
Thursday, April 25, 2024

Sir Charles Spencer Chaplin. Öz 70 illik yubileyində etdiyi çıxış

Mən özümü sevməyə başladıqda başa düşdüm ki, iztirab və əzab – yalnızca öz həqiqətlərimin əksinə yaşadığımın həyəcan siqnalıdır. Bu gün mən bilirəm ki, bu Özün olmaq adlanır.

Mən özümü sevməyə başladıqda anladım ki, vaxtı hələ çatmamış və insan hazır olmadıqda onu ən xoş arzusunu həyata keçirməyə məcbur etdikdə onu necə incitmək olar. Və bu insan mən özüməm. Bu gün mən bunu Özünə hörmət adlandırıram.

Özümü sevməyə başladıqda mən başqa bir həyatın həsrətini çəkməyə son qoydum və bundan sonra gördüm ki, məni əhatə edən indiki həyatım inkişaf üçün mənə bütün imkanlar verir. Bu gün mən bunu Yetkinlik adlandırıram.

Özümü sevməyə başladıqda anladım ki, istənilən halda mən doğru yerdə və doğru zamandayam və bütün baş verənlər lazımı anda baş tutur. Hər zaman rahat ola bilərəm. İndi mən bunu Özünə inam adlandırıram.

Özümü sevməyə başladıqda vaxtımı boş şeyə xərcləməyi və gələcək üçün böyük layihələr haqqında xəyallar qurmağı dayandırdım. Bu gün mən ancaq mənə sevinc gətirən və məni xoşbəxt edən şeyləri edirəm. Mən bunları istədiyim kimi və öz ritmimdə edirəm. Bu gün mən bunu Sadəlik adlandırıram.

Özümü sevməyə başladıqda mən sağlamlığıma zərər yetirən şeylərdən – insanlardan, qidalarda, əşyalardan, situasiyalardan azad oldum. Bu gün mən bunu Özünü sevmək adlandırıram.

Özümü sevməyə başladıqda mən hər zaman doğru olmaqdan çəkindim. Və məhz bundan sonra mən daha az səhvlər etməyə başladım. Bu gün mən anladım ki, bu Ciddilikdir.

Özümü sevməyə başladıqda mən keçmişlə yaşamağa və gələcək barədə narahat olmağa son qoydum. Bu gün mən hazır ki zamanla yaşayıram və bunu Məmnuniyyət adlandırıram.

Biz artıq özümüzlə və digər insanlarla olan mübahisələrdən, qarşıdurmalardan və problemlərdən qorxmamalıyıq. Hətta ulduzlar belə daima öz yerlərində qalmırlar və onların toqquşması nəticəsində yeni dünyalar yaranır. Bu gün mən bilirəm ki, bu Həyatdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər