26 C
Baku
Saturday, July 27, 2024

Siri kredit ödəməyə kömək edəcək

Royal Bank of Canada (RBC) öz mobil tətbiqetməsini yeniləyib və Siri səsli köməkçini əlavə edib.

Banker.az xəbər verir ki, indi, iPhone və iPad istifadəçiləri öz ödənişlərini səs vasitəsilə həyata keçirə biləcəklər.

Belə bir ödənişi cəmi bir neçə addımla reallaşdırmaq mümkündür. İstifadəçi səs əmri verir, Siri ödənişi qəbul edən şəxsi tapır və tətbiqetmə avtomatik olaraq RBC bankının müştərisinin hesabından vəsaitləri çıxır. Tranzaksiyanı başa çatdırmaq üçün TouchID vasitəsilə təsdiqetmə lazımdır.

Həmçinin tətbiqetmədə iMessage ilə öz kontaktlarında olan şəxslərə vəsait göndərmək funksiyası da əlavə olunub. Ödənişin təsdiq edilməsi də həmçinin TouchID köməkliyi ilə baş tutur.

Son xəbərlər
Digər xəbərlər