19 C
Baku
Thursday, May 2, 2024

Şirinov Elvin ixracatçıların reytinqində 2-ci yerə yüksəlib – 53 milyon dollara yaxın gəlir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın iyul sayında, qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-iyun ayında həyata keçirilən ixracla bağlı qeyri-dövlət (özəl) ixracatçı subyektlərin reytinqi də yer alır.

Banker.az xəbər verir ki, qeyri-neft məhsullarının ilk 10 özəl ixracatçısı siyahısında fiziki şəxs Şirinov Elvin Valeh oğlu da yer alır.

Fiziki şəxs Şirinov Elvin Valeh oğlu 52.5 milyon dollarlıq ixracı ilə 2023-cü ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə özəl ixracatçı subyektlərin reytinqində 2-ci yeri tutub.

2022-ci ilin eyni dövründə isə ixracı 13.2 milyon dollar təşkil etmişdir ki, bu da illik müqayisədə ixracın 3.9 dəfə artması deməkdir.

Bu ilin yanvar-may ayında isə reytinqdə 6-cı yeri tutmaqla ixracı 22.2 milyon dollar olub.

Elvin Şirinovun pomidor ixracı ilə məşğul olduğu bildirilir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər