23 C
Baku
Tuesday, April 23, 2024

Şirkət 10 min dollara ABŞ və Kanada üzrə səyyah axtarır

Amerikanın boya istehsalı ilə məşğul olan şirkəti, ABŞ və Kanada üzrə səyahət edəcək yeni əməkdaş axtarır. Səyyahın əsas vəzifəsi qeyd edilmiş ölkələrdə qeyri-adi rəng çalalarını axtarıb tapmaqdır, bu haqda Lonely Planet xəbər verir.

Banker.az xəbər verir ki, müvəffəqiyyətli namizəd, digər şirkətlərə yeni rəng çalalarının yaradılmasında kömək edə biləcək “rəng tədqiqatçısı” kimi çıxış etmək imkanını əldə edəcək. Səyahətin müddəti üç ay – iyun, iyul, avqust – davam edəcək. Şirkət səyyahın uçuş və qalma xərcindən başqa, 10 min dollar ödəyəcək.

Şirkətin vitse-prezidentinin verdiyi məlumata görə, onlar hər namizəddən təklif olunan rəng haqqında kiçik bir hekayə eşitməyi gözləyirlər.

Vakansiya ilə bağlı müraciətlər 15 may tarixinə qədər qəbul olunur.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər