İspaniyanın SATLANTİS kosmik texnologiyalar şirkəti ötən ay orbitə qaldırılan və Ermənistana icarəyə verdiyi Urdaneta-Armsat1 peyki ilə bağlı yeni açıqlama yayıb.
Açıqlamada adı çəkiıən peykin idarəetməsi üçün gərəkli olan sistemin də Ermənistanın Yüksək texnologiyalar Nazirliyi yanında Geokosmos qurumuna veriləcəyi bildirilib.
Urdaneta-Armsat1 isə indiyədək İspaniyanın adı çəkilən şirkəti tərəfindən idarə olunurdu.
SATLANTİS gələcəkdə Ermənistanda kosmik sənayenin inkişafına , kadrların hazırlanmasına dəstək verəcəyini də açıqlayıb.
Bildirilir ki, Ermənistan yerin müşahidə peykinin icarəyə götürülməsi üçün SATLANTİS ilə 8 ay öncədən müqavilə bağlayıbmış.






