16 C
Baku
Monday, May 20, 2024

Şirkət direktorları Palatanın cəriməsindən narazıdır, Apellyasiyaya şikayət ediblər

Maliyyə Bazarlarına Nəzarət Palatası 3 şirkəti cərimələyib, onlar isə bundan razı deyillər.

Banker.az xəbər verir ki, «Su İnşaat» MMC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 2 921 ABŞ dollarının 20% məbləğində, yəni 584.2 ABŞ dolları məbləğində inzibati cərimə edilməsinə dair Binəqədi Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli qərarından narazı qalıb.

Digər şirkət isə «Soçi» MMC-dir. Bu şirkət də İXM-nin 430.4-cü maddəsinə ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 1 799 883,44 Rusiya rublunun 25% məbləğində, yəni 44997,11 Rusiya rublu məbləğində inzibati cərimə edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli qərar verib.

«Perspektiv-A» MMC üçün isə bu cərimənin həcmi 2000 ABŞ dollardır. Yəni 10 000 ABŞ dollarının 20%-i. Bu şirkətlə bağlı digər cərimə isə 17934 ABŞ dollar edir ( yəni, 8 9670.00 ABŞ dollarının 20%-i)

Bununla bağlı «Su İnşaat» MMC-nin, «Perspektiv-A» MMC-nin və «Soçi» MMC-nin direktoru Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Məsələyə hazırda orda baxılır. 

Qeyd edək ki, bu maddəyə əsasən, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə cərimə olunur.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər