11 C
Baku
Friday, October 25, 2024

Şirkət dörd investordan yuxarı faizli borc cəlb etdi

22 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında “Ekspress-C” ASC-nin tədavül müddəti 2 təqvim ili olan (AZ2002023607 dövlət qeydiyyat nömrəli) 1 mln. manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Bu barədə Banker.az BFB-yə istinadla xəbər verir.

Hərrac zamanı 4 investor tərəfindən 4 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 12.5 %, faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödənilir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 000 000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1 000 000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 20 dekabr 2023-cü il.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

Son xəbərlər
Digər xəbərlər