28 C
Baku
Saturday, July 27, 2024

Şirkət Dövlət Məşğulluq Agentliyindən ₼2.8 milyonluq sifariş alıb

“Excellent Trade” QSC Dövlət Məşğulluq Agentliyindən (DMA) 2.8 milyon manatlıq sifariş alıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, bu barədə iki tərəfin arasındakı müqavilədə bildirilir.

Bildirilir ki, Quba və Bərdə Peşə Hazırlığı Mərkəzlərinin maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə mal və materialların alınması və quraşdırılması işlərinin satın alınması tenderi nəticəsində “Excellent Trade” QSC qalib elan edilib.

Buna görə DMA şirkətə 2 760 568 manat ödəməlidir.

Xatırladaq ki, 2022-ci ildə də bu şirkət qalib elan edilmişdi və və eyni məbləğdə vəsait ödənmişdi.

Alınacaq məhsulların siyahısı.

Son xəbərlər
Digər xəbərlər