26 C
Baku
Saturday, July 27, 2024

Şirkət işçisi işlədiyi şirkətin 14 min manatını mənimsəyib- Ümumi 205 minlik dələduzluq

34 nəfər şəxsə vəd verərək rəsmi sənədləri saxtalaşdırıb onlara məxsus cəmi 191 min manat məbləğində pulu ələ keçirib dələduzluq etməsi, habelə «Bizim Kəndimiz» MMC-də informasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsində işlədiyi müddətdə şirkət tərəfindən ona etibar edilmiş 14 min 800 manat dəyərində avadanlığı təkrarən öz qulluq mövqeyindən istifadə etməklə mənimsnilməsi müəyyən edilib.

Banker.a xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Aparılmış ibtidai istintaqla Ruslan Tağıyevin 2019-2020-ci illər ərzində Bakı və Sumqayıt şəhərlərində  xarici ölkələrdə yerləşən zavod və şirkətlərə işçilərin yüksək məvaciblə işə götürülməsi, habelə Kanada və Almaniyaya yaşamaq, turist kimi və işləmək məqsədilə səfər etmək üçün vizaların, eləcə də ABŞ-da təhsil vizasının alınmasının təşkili ilə bağlı ona müraciət etmiş 34 nəfər şəxsə vəd verərək rəsmi sənədləri saxtalaşdırıb onlara məxsus cəmi 191 min manat məbləğində pulu ələ keçirib dələduzluq edilib.

İş üzrə toplanmış sübutlar əsasında Ruslan Tağıyevə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.2 (mənimsəmə və ya israf etmə), və 320.1-ci (rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma) maddələri ilə ittiham elan edilərək, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Son xəbərlər
Digər xəbərlər