27 C
Baku
Saturday, July 27, 2024

İnvestisiya Şirkəti sahibkarlar üçün bu prosedurları asanlaşdırıb

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) sahibkarlar üçün layihələrlə bağlı müraciət prosedurunu daha da asanlaşdırıb.

Banker.az İqtisadiyyat Nairliyindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, AİŞ-in rəsmi internet səhifəsində sahibkar tərəfindən layihə müraciəti forması üçün əlavə bölüm istifadəyə verilib.

Sahibkar yeni bölməyə daxil olaraq layihəyə dair əsas sualları cavablandıra, eləcə də biznes planı elektron müraciət forması vasitəsi ilə sürətli şəkildə yükləyə bilər. Qeyd olunan məlumatlar AİŞ tərəfindən dəyərləndirilir və növbəti mərhələdə sahibkarla əlaqə saxlanılır.

Qeyd edək ki, “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti dövlət başçısının “İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında” 2006-cı il 30 mart tarixli Sərəncamı ilə yaradılıb. 

Son xəbərlər
Digər xəbərlər