18 C
Baku
Saturday, November 2, 2024

Şirkət “Silk Way West Airlines”də pay alıb

“Silk Way Holding”ın aviaşirkəti “Silk Vey Vest Aviaşirkəti” MMC (Silk Way West Airlines) 2022-ci ildə yeni səhmdarlarından biri məlum olub.

Banker.az-ın əldə etdiyi məlumata görə, holdinqə daxil olan digər şirkət “Silk Vey Development” MMC 2023-cü ilin yanvar ayında “Silk Way West Airlines”in nominal dəyəri 1 manat olan 3 587 752 səhmini 3 milyon 588 min manatlıq səhmlərini alıb.

Xatırladaq ki, bu “Silk Way West Airlines” mənfəətli biznes olaraq illərdir səhmdarlarına dividendlər ödəyir. 2022-ci ildə 939.88 milyon manat xalis mənfəət əldə edib, öncəki ildə isə xalis mənfəəti 920.23 mln. manat olmuşdu.

Hazırda 175.8 mln. manatlıq səhmlərinin digər hissəsi holdinqə aiddir.

“Silk Way West Airlines”nin balansında 2022-ci ilin sonuna 988.14 mln. manat həcmində bölüşdürülməmiş mənfəəti var. Əlavə olaraq öncəki il üzrə mənfəətindən səhmdarına 127.54 mln. manat həcmində dividend ödəyib.

Son xəbərlər
Digər xəbərlər