17 C
Baku
Tuesday, May 21, 2024

Şirkətdə “stukaç” saxlamaq

Müəllif: ORO Mebel-in Baş Meneceri Anar Bayramov

Bir çox şirkət rəhbərlərinin “stukaç” (xəbərçi) saxlamağı labüd hesab etdiyi şübhəsizdir. Müxtəlif cür don geyindirirlər buna – köməkçi, HR menecer, katibə, nəzarətçi, mühafizəçi, “yaxın adam” və s. 

Həmin rəhbərlər elə düşünürlər ki, şirkətdə nələrin baş verdiyindən xəbərdar olmağın yeganə yolu budur. Eyni zamanda hesab edirlər ki, işçilərin nədən danışdığını, şəxsi münasibətlərini bilməkdən vacib işi yoxdur şirkətin.

Onlar əsasən köhnədən qalmış, müasir menecment üsullarından xəbəri olmayan rəhbərlərdir.

Mövqeyimi aşağıda daha ətraflı təsvir etməyə çalışıram:

-Əsl rəhbər şirkətdə “stukaç” saxlamağı özünə rəva bilməsin gərək. Nəzarət etməyin müasir, ağıllı, mütərəqqi formaları mövcuddur. Bunun üçün daxili nəzarət, daxili audit sistemi, hesabatlıq sistemi və s. qurula bilər.

-Tutaq ki, həmin işçinin xislətindədir problem. Hətta bu amil də əsas vermir ki, digər işçilərin adı boş yerə hallansın.

-İşçidən ”stukaç” kimi istifadə etməyə ehtiyac bilən rəhbər həmin işçini də alçaltmış olur. Həm yaxşı rəhbər olmaq, həm də işçini alçaltmaq mümkün deyil.

-Bu hal mövcud olan şirkətlərdə şirkətdaxili atmosfer heç vaxt sağlam ola bilməz. Düzgün motivasiya sistemindən söhbət gedə bilməz.

-Bir də ki, həm “stukaç” olub, həm də obyektiv, qərəzsiz olmaq mümkündürmü sizcə? Heç olmasa bunu nəzərə alsınlar.

-“Stukaç” üsul-idarəsi olan şirkətlərdə digər işçilər/menecerlər tez-tez özlərini “məhkəmədə” hiss edirlər. Çünki yersiz söz-söhbətlərin içində özlərini “müdafiə etməli” olurlar. Bu şəraitdə hansı məhsuldarlıqdan söhbət gedə bilər? Hansı həvəslə işləməkdən söhbət gedə bilər?

-Ümumiyyətlə, harda “stukaç”lıq işləyirsə, orda hansısa komanda ruhundan, korporativ dəyərlərdən danışmaq olmaz.

Son xəbərlər
 ⁠
Digər xəbərlər