9 C
Baku
Monday, December 9, 2024

Şirkəti bankdan satın alan səhmdar ora yeni rəhbər təyin edib

“BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin direktoru Ruslan Cəfərov şirkətin səhmlərinin 100%-ni əldə etdikdən sonra yeni rəhbər təyin edib.

Banker.az xəbər verir ki, “BTB Kapital İ.Ş.” ASC səhmdarının qərarı ilə Cəfər İbrahimov Qəməddin oğlu direktor təyin edilib.

Ötən ay açıqlanmışdı ki, Ruslan Cəfərov Nazim oğlu “BTB Kapital İ.Ş.”ni “Bank BTB” ASC-dən satın alıb. Səhmlərinin cəmi nominal dəyəri 350 min manatdır.

Bu satınalmaya qədər kapital bazarında təcrübəyə sahib olan Ruslan Cəfərov investisiya şirkətində baş icraçı direktor idi.

“BTB Kapital” ölkədaxili fond bazarı ilə yanaşı, dünyaya çıxışı olan fyuçerslər və eləcə də səhm bazarı üzrə müxtəlif platformalar üzərindən brokerlik həyata keçirir.

“BTB Kapital” 2023-cü ilin ilk rübündə Bakı Fond Birjasında 167.92 mln. manatlıq dövriyyəyə sahib olub.

Son xəbərlər
Digər xəbərlər