Şirkətin Baş maliyyə inzibatçısı təyin edildi

Azərbaycanda xaricdən idxal olunan bir sıra məşhur qida brendlərinin rəsmi distributoru olan “Delta Group Co.” MMC-nin yeni Baş maliyyə inzibatçısı təyin edilib.

Banker.az xəbər verir ki, bu ACCA təlimçisi olan Elvin İsmayılovdur.

O, “Delta Group Co.”ya 2020-ci ilin mayında 2021-ci ilin iyununa qədər həmin vəzifənin müavini kimi gəlmişdi.

Bundan öncə isə “PAŞA Bank” ASC, “Expressbank” ASC, “Muğanbank” ASC və “Yelo Bank” ASC-də çalışıb.

“Delta Qrup C.O.” MMC “Anchor”, “Doyarushka”, “Ammerlander”, “Gut von Holstein”, “Tibet” kimi brendlərin Azərbaycanda rəsmi distributorudur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.