13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Şirkətin daxili auditinin rəhbəri vəzifəsindən azad olunub

“Meqa Sığorta” ASC-nin daxili audit komitəsinin rəhbəri vəzifəsindən azad edilib.

Banker.az xəbər verir ki, vəzifəsindən azad edilən şəxs Səməndəri Sədi Sabir oğludur.

Onun yerinə hər hansısa təyinat baş tutmayıb.

Sığortaçının daxili audit xidməti – Daxili audit xidməti İdarə Heyəti ilə birlikdə sığortaçının daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinə nəzarəti həyata keçirir. Daxili audit xidməti Təftiş Komissiyasının nəzarəti altında fəaliyyət göstərir.

Bu xidmətə başçılığı Daxili audit xidmətinin rəhbəri həyata keçirir. Xidmət rəhbəri Təftiş Komissiyasının təqdimatı ilə Direktorlar Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur.

Sığortaçılarda daxili auditin aparılması qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

Son xəbərlər
Oxşar xəbərlər
X