4 C
Baku
Çərşənbə axşamı, Noyabr 30, 2021

Şirkətin Müşahidə Şurası və Audit Komitəsinə yeni üzvlər seçilir

“Avtomatikaquraşdırma” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası  və Audit Komitəsinin üzvlərinin seçilməsi ilə bağlı səhmdarları toplaşacaq.

Banker.az bu barədə şirkətin İdarə Heyətinin açıqlamasına istinadən xəbər verir.

Səhmdarları dekabrın 13-də Binəqədi rayonu, 7-ci mikrorayondakı Xarici Dairəvi, Ev 3121-ci məhəllədə toplaşacaqlar.

Yığıncağın gündəliyinə, həmçinin ASC-nin nizamnaməsinin dəyişdirilməsi də daxil edilib.

“Avtomatika Quraşdırma” ASC 2003-cü ildə yaradılıb və 137 666 manat nizamnamə kapitalına sahibdir. Şirkətin İdarə Heyətinə Eldar Seyidov Amil oğlu sədrlik edir.

Son xəbərlər
Oxşar xəbərlər
X