23 C
Baku
Cümə axşamı, Sentyabr 23, 2021

Şirkətin vəzifəli şəxsinin mənimsədiyi pullar tam ödətdirildi

Screen Shot 2021 09 02 at 14.34.20

“Nur Retail” MMC-nin “Armo Store” mağazalar şəbəkəsinin “Yasamal” filialının müdiri Ağafərid Ağayevin qanunsuz əməlləri ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılmışdır.

Aparılmış ibtidai istintaqla Ağafərid Ağayevin 27.11.2017-ci il tarixdən 05.05.2018-ci il tarixədək olan müddət ərzində qeyd olunan vəzifədə işləyərkən müdiri olduğu müəssisənin büdcəsindən ümumilikdə 20 min 216 min manat məbləğində pul vəsaitini müxtəlif qanunsuz üsullarla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış sübutlar əsasında Ağafərid Ağayevə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.

İş üzrə vurulmuş ziyanın tam ödətdirilməsi təmin edilmişdir.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilmişdir.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər