Şirkətin “yoxlamlalar”a görə cərimələnməsindən şikayəti təmin edilmədi

Azərbaycanda fəaliyyət göstərən “İllac” MMC ötən ilin 30 oktyabrında barəsində tərtib edilən cərimə protokolundan apelyasiya məhəkəməsinə mürəaciət etmişdi.

Banker.az xəbər verir ki, 27 aprel 2021-ci ildə apelyasiya məhkəməsi qərarı dəyişməz saxlayıb.

Qeyd edək ki, Dövlət Vergi Xidməti 30 oktyabr 2020-ci ildə “İllac” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi – sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması üzrə protokol tərtib edərək Nərimanov Rayon Məhkəməsinə təqdim etmişdi. Şirkət bu DVX-nın bu protokolun ilə bağlı Bakı Apelyasiya Məhkəməsinə müraciət etmişdi.

İXM-nin 602.4-ci maddəasi sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə bu protokol tərtib edilir.

Vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.