5 C
Baku
Monday, February 6, 2023

Şirkətlər ən çox hansı banka depozit yatırır? – Həcm, dinamika, bazar payı (01.10.2022)

Azərbaycanda fəaliyyətdə olan banklarda şirkətlərin ən çox hansı banka depozit yatırdığı məlum olub.

Ənənəvi olaraq siyahıya ölkənin nəhəng bankı ABB (Azərbaycan Beynəlxalq Bankı ASC) liderlik edir. ABB-nin depozit portfeli 7.88 milyard manat olmaqla cəmi bank sektorun bu göstəricilər üzrə 39%-nə sahibdir. Dövlət bankı 2022-ci il ərzində hüquqi şəxslər tərəfindən cəlb edilən depozitlərin həcmini 13% artıra bilib.

Siyahıda ikinci 4.76 mlrd. manatla PAŞA Bank və üçüncü isə 4.26 mlrd. manatla Kapital Bank dayanır.

İlin əvvəlindən üçüncü rübün sonuna qədər hüquqi şəxslər üzrə depozit portfelini ən çox böyütməyə Yelo Bank nail olub. Onun bu portfeli 9 ay ərzində 165%, yaxud 2.7 dəfə böyüyüb.

2314232432423423

Son xəbərlər
Digər xəbərlər
X