7 C
Baku
Sunday, March 3, 2024

Şirkətlər Qrupumuz 30 min tona yaxın məhsulu birbaşa tarladan rəflərə gətirib

Şirkətlər Qrupumuz “Tarladan süfrəyə” prinsipinə sadiq qalaraq əhalinin yerli və təbii məhsullarla təminatını davam etdirir.

Qrupumuz hazırda 105 fermerin məhsulunu öz mağazalarında müştərilərə təqdim edir. İlin ilk 6 ayı ərzində təqribən 23.8 milyon manat dəyəri olan 29,500 tonluq meyvə-tərəvəz çeşidinin fermerlərdən alışı baş tutub. Artıq növbəti mövsüm üçün razılıq əldə olunub, bu isə istehsalçının məhsul əkinini düzgün planlaşdırmasına kömək edir, satılmayan məhsulun israfının qarşısını alır.

VŞQ logistik əməliyyatların effektiv təşkili üçün ilkin mərhələdə kartof və soğanın qəbulu və saxlanılması məqsədilə Mingəçevir və Salyanda yerli saxlama məntəqələri yaradıb. 2023-cü ildə isə “Şəmkir Aqroparkı”nda Şirkətlər Qrupumuz üçün xüsusi məhsul qəbulu məntəqəsinin yaradılması həmin regiondakı kəndlinin işini asanlaşdırıb. Belə ki, artıq istehsalçının məhsulunu satmaq üçün vaxt və pul sərf edərək Bakıya gəlməsinə ehtiyac yoxdur. Məhsullar “soyuq zəncir” standartları tətbiq edilməklə ölkə daxilindəki bütün “Araz” və “OBA” mağazalarına çatdırılır. Bununla da təbii məhsulları alıcılara həqiqətən münasib qiymətə təklif etməyə imkan yaranır. İstehlakçılar xüsusilə kartof, soğan, sarımsaq, kök, kələm, çuğundur, alma, şaftalı, gilas, gavalı və çiyələk növləri üzrə qiymət və yerli dad fərqini rahatlıqla anlaya bilərlər.

“Veysəloğlu Şirkətlər Qrupu istehlakçıları təbii meyvə-tərəvəzlə təmin etmək məqsədilə məhsulların birbaşa fermerlərdən alışını təşkil edir. Şirkətlər Qrupunun niyyəti müştəriləri mümkün uyğun qiymətə və təbii məhsullarla təmin etmək, həmçinin kiçik və orta təsərrüfat subyektlərinə dəstək olmaqdır. Biz bu prosesə sadəcə bir alış-veriş əməliyyatı olaraq yanaşmırıq. Burada beynəlxalq təcrübəni nəzərdən keçirir və öz işimizi ədalətli ticarət prinsiplərinə əsasən qurmağa çalışırıq. Fermerlərlə birbaşa ünsiyyət yaradır və həm biznesimiz, həm də istehsalçılar üçün əlverişli şərtlərlə əməkdaşlıq edirik. Bu fəaliyyətin nəticəsi olaraq, yerli fermerlər öz məhsullarını daha geniş satış şəbəkəsinə birbaşa təqdimetmə fürsəti əldə edirlər”,-deyə Qrupun Meyvə-tərəvəzin satın alınması üzrə rəhbəri  Sərdar Ceylan vurğulayıb.

Öz məhsullarının Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” və “OBA” mağazalarında birbaşa satılmasını istəyən fermerlər +994559002424 nömrəsi ilə əlaqə saxlamağa dəvət olunur.

Veysəloğlu Şirkətlər Qrupu 29 ildir ki, pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Şirkətlər Qrupu 2022-2023-cü illərdə Deloitte şirkətinin təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsinin qaliblərindəndir.

Son xəbərlər
Digər xəbərlər