23 C
Baku
Thursday, July 3, 2025

Şirkətlər qrupunun BOKT-unun kapitalı artırılaraq ilk dördlüyə daxil oldu

“PSG” şirkətlər qrupuna daxil olan kredit təşkilatın nizamnamə kapitalı 10 mln. manata çatdırılıb.

Banker.az xəbər verir ki, “PSG Finans Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı 6 800 000 manatdan 10 000 000 manata çatdırılıb.

Bu da o deməkdir ki, BOKT-un nizamnamə kapitalı 3 200 000 manat, yaxud 47% artırılmışdır.

Bununla da, ölkədə ən böyük nizamnamə kapitalı ilə BOKT-lar içində ilk daxil olub.

Xatırladaq ki, “PSG Finans” “PSG” şirkətlər qrupuna daxildir. Bu holdinqdə həm də “PSG Kapial İnvestisiya Şirkəti” QSC təmsil olunur.

BOKT-un təsisçisi olan və hazırda 12.5% payı olan F.Məmmədov həm də investisiya şirkətinin yeganə səhmdarıdır. Digər səhmdarlar isə 75%-lə “Practical Solutions Middle East FZ” Şirkəti və12.5%-lə “Chaparxana KFT” Şirkətidir.

 

Son xəbərlər
Digər xəbərlər