Şirkətlər və ev təsərrüfatları dekabrda banklara depozit yatırımını artırıb

Bakı şəhəri

Azərbaycanda 1 yanvar 2021-ci ilə olan göstəriciyə görə banklara yatırılan depozitlərin həcmi 23 milyard 666.9 milyon manat olub. Bu da son bir ayda 1 milyard 361 milyon manat (6.10%) artımdır.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik rəqəmlərə istinad edir.

Bu depozitlərin, 8 milyard 177.9 milyon manatı ev təsərrüfatına, 1 milyard 885.1 milyon manatı maliyyə təşkilatlarının və 13 milyard 603.9 milyon manatı isə qeyri-maliyyə təşkilatlarının vəsaitləri olub.

Ev təsərrüfatı. Son bir ayda 269.6 milyon manat (3.41%) böyüyüb. Bu depozit sahiblərinin vəsaitlərinin 4 milyard 27.1 milyon manatı milli valyutada, 4 milyard 150.8 milyon manatı xarici valyutada yatırılıb. Milli valyutada isə, 1 milyard 886.8 milyon manatı tələb olunanadək 2 milyard 140.3 milyon manatı müddətli olmuşdur. Xarici valyutada 1 milyard 487.6 milyon manatı tələb olunanadək, 2 milyard 663.2 milyon manatı isə müddətli depozitlər təşkil edib.

Maliyyə təşkilatları. Bu portfel üzrə depozitlərin həcmi aylıq müqayisədə 44.5 milyon (2.3%) kiçilib. Manatda olan hissəsinin 189.1 milyon manatı tələb olunanadək, 414 milyon manatı müddətli, xarici valyutada isə 315.3 milyon manatı tələb olunanadək, 966.7 milyon manatı isə müddətli depozitlər olmuşdur.

Qeyri-kredit təşkilatı olan şirkətlər. Bu portfel son bir ayda 1 milyard 135.9 milyon manat (9.11%) böyüyüb. Burada, 5 milyard 697.7 milyon manatı milli valyutada, 7 milyard 906.2 milyon manatı isə xarici valyutada olan depozitlərdir.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.