19 C
Baku
Sunday, May 5, 2024

Şirkətə məxsus meyvə anbarında yoxlama aparılıb

Qusar rayonunun Həsənqala kəndində yerləşən “Qrant Garden” MMC-yə məxsus tutumu 3250 ton olan meyvə anbarında fitosanitar monitorinq aparılıb.

Monitorinq zamanı anbarda saxlanan müxtəlif alma sortlarından nümunələr götürülüb və həmin məhsulların üzərində laborator müayinələr aparılıb.

Banker.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, müayinələr nəticəsində anbarda saxlanan məhsulda hər hansı bir zərərli orqanizmin mövcud olmadığı müəyyən edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər