8 C
Baku
Monday, November 18, 2024

Şirkət əməkdaşı 90 min manatdan artıq pulu mənimsəməkdə şübhəli bilinir

Abşeron rayonunun Xırdalan şəhərində fəaliyyət göstərən “A+CO” Açıq Səhmdar Cəmiyyətinin tədarük və logistika meneceri vəzifəsində işləmiş İsrafil Abbaszadənin qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğunda aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Abşeron rayon prokurorluğundan verilən xəbərə görə, istintaqla İsrafil Abbaszadə tərəfindən cəmiyyətə məxsus nəqliyyat vasitələri, eləcə də müxtəlif növ məhsulların ayrı-ayrı şəxslərə satılması və digər qanunsuz yollarla əldə olunmuş ümumilikdə 90 min manatdan artıq pul vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında İsrafil Abbaszadəyə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər
Digər xəbərlər