8 C
Baku
Friday, December 13, 2024

Şirkət 4 ay sonra yenidən BOKT-dən lombarda çevrilir

Azərbaycanda lombard kreditləri verən şirkət üç aylıq BOKT olmağı test edir və yenidən əvvəlki adına qayıdır.

Banker.az xəbər verir ki, bu, “ALFACREDİT” MMC-dir. Şirkət 2022-ci ilin noyabrında bank olmayan kredit təşkilatına – “Alfacredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilmişdi.

Şirkət 30 min manat nizamnamə kapitalı ilə yaradılmışdı və onun cari kapitalı 394 393 manata çatdırılmışdı ki, bu da Mərkəzi Bankın minimal tələbi 300 000 manatlıq tələbinə uyğun idi.

Göründüyü kimi, BOKT lisenziya əldə etmədən yenidən əvvəlki qaydada fəaliyətini davam etdirməyə başlayıb.

 

Son xəbərlər
Digər xəbərlər