6 C
Baku
Saturday, December 14, 2024

Şirkət 71 080 manatlıq səhmlərini dövriyyədən çıxarır

“Şəki Sənaye İstehsal” ASC-nin ləğv edilməsi ilə əlaqədar cəmiyyətin səhmləri dövriyyədən çıxarılır.

Bu barədə Banker.az səhmdar cəmiyyətin elanına istinad edir.

Bildirilir ki, AZ1001005227 nömrə ilə dövlət qeydiyyatına alınmış, hər birinin nominal dəyəri 0.50 manat olan, ümumilikdə 71 080 manat dəyərində 142 160 ədəd adi, sənədsiz, adlı səhmi silinərək dövriyyədən çıxarılır.

Xatırladaq ki, ASC 2004-cü ilin sentyabrından dövlət qeydiyyatına “Şəki Sənaye İstehsal” ASC kimi alınıb. Onun idarə heyətinin sədri İlham Hacıyev Şamil oğludur.

Son xəbərlər
Digər xəbərlər