Rusiya xam neftini əvəzləmək üçün ABŞ-dan gündəlik 1 milyon bareldən çox neft Avropaya tədarük ediləcək.
Bu barədə “Vitol” neft treyderinin direktoru Rassel Hardi 38-ci illik Asiya-Sakit Okean Neft Konfransının (APPEC) forumunda bildirib.
Onun sözlərinə görə, Rusiya yanacağı Asiya və Yaxın Şərqə, orada hasil edilən neftin isə Qərbə getməsi gözlənilir.