Dövlət Gömrük Komitəsi “Engin LTD” Açıq Səhmdar Cəmiyyəti barəsində protokol tərtib edib.
Banker.az xəbər verir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli qərarı İnzibati Xətalar Məcəlləsinin 485.2 ci maddəsi ilə (1 500 manat məbləğində) cərimələnib.
“Engin LTD” MMC bu qərarla razılaşmayaraq, Bakı Apellyasiya Məhkəməsinə müraciət edib, məsələyə hazırda orda baxılır.
Xatırladaq ki, İXM-nin 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
İXM-nə bu əlavə Prezidentin 28 dekabr 2018-ci il tarixli fərmanı ilə əlavə edilib. Bu Qanun 2019-cu il fevralın 1-dən qüvvədədir.
“Engin” 2000-ci ildə təsis edilib. Mərkəzi ABŞ-da yerləşən təmizləyici vasitələr və şəxsi qayğı məhsulları istehsalı ilə məşğul olan şirkət dünyaca məşhur – “Procter & Gamble” şirkətinin Azərbaycandakı rəsmi distributorudur.