14 C
Baku
Saturday, November 23, 2024

Şirkət Dövlət Xidmətinin ona qarşı cəriməsini ləğv etdirdi

Azərbaycanda tikinti şirkət “Uni Ko” QSC-yə (Unico) qarşı 25 min manatlıq cərimə protokoluna xitam verilib.

Banker.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə protokolu tətbiq edərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdi.

Hafiz Kamranovun hakimliyi ilə keçirilən iclasda protokolun icraatına xitam verilib. Belə ki, işin tərkibində inzibati xəta aşkar edilməyib.

Bununla belə, narazı qalan tərəf 10 gün müddətinə apelyasiyaya verə bilir.

İXM-nin 192.1-ci maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “Uni Ko” QSC 2007-ci ildə təsis edilib. Şirkət 1 000 020 manat nizamnamə kapitalı var. Onun təsisçisi Şafiddin Pirmətov, hazırda icra orqanın rəhbəri isə Elçin Axundovdur.

 

Son xəbərlər
Digər xəbərlər