10 C
Baku
Sunday, December 22, 2024

Şirkət İnsan Resursları üzrə Mütəxəssisi axtarır

Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyəti  İnsan Resursları Mütəxəssisi vakansiyası üzrə aşağıdakı xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır:

İş haqqında məlumat:

– Əmək qanunvericiliyinə, şirkət nizamnaməsi və təlimatlara uyğun işçilərin qəbulu, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin, ezamiyyələrin, məzuniyyətlərin və s. sənədlərin rəsmiləşdirilməsi;
– Əmək kitabçalarının əmrlər əsasında doldurulması;
– Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışların verilməsi, əmək kitabçalarını qorunması, kadrlar üzrə təyin olunmuş sənədlərin icra edilməsi, eləcə də işçilərin mükafatlandırılması üçün materialların hazırlanması;
– İşçilərin şəxsi işlərinin aparılması, formalaşdırılması;
– Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
– Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi;
– Kadrlar üzrə cari və perspektiv planların işləyib hazırlanması.

Namizədə tələblər:

– Hüquq sahəsində ali təhsil;
– İnsan Resursları sahəsində ən az 2 il iş təcrübəsi;
– AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
– Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
– Kadrlara aid olan normativ, metodik və digər rəhbər materialları bilməli;
– Kadrlar şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini bilməli;
– Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını bacarmalı;
– Kadrların hərəkətlərinin uçot metodlarını bilməli;
– MS Office proqramlarını, xüsusən Excel və Word, yüksək səviyyədə bilməli.
– Az. Dili-əla, Rus dili-əla, İngilis dili -əla

Rayonlara ezamiyyətə getmək imkanı olmalı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini  [email protected]  elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“İnsan Resursları Mütəxəssisi“) qeyd olunmalıdır.

 

Son xəbərlər
Digər xəbərlər