10 C
Baku
Tuesday, November 12, 2024

Şirkət işçilərini gündə 10 000 addım yeriməyə məcbur edir

Banker.az South China Morning Post-a istinadən xəbər verir ki, Çinin Çunçin şəhərində texnoloji şirkətlərdən biri öz əməkdaşlarını hər gün 10 000 addımdan az olmayaraq gəzməyə məcbur edir. Adı açıqlanmayan şirkətdə bu tələb əməkdaşların həyəcanı ilə izah edilir.

Şirkətin əməkdaşı olan Hu South China Morning Post-a bildirib ki, onun ilk iş günündə ondan WeChat mesenceri üçün addımları hesablayan tətbiqetməni yükləməyi və hər kəsin öz bu gündəlik addım fəallığını paylaşdığı qrupa qoşulmağı tələb ediblər.
“İlk günlər mən çox yorulurdum, lakin sonradan anladım ki, orqanizmim həqiqətən də belə bir hazırlığa ehtiyac duyurdu. İndi mənim kolleqalarım kompüter oyunları əvəzinə gəzintiyə yollanırlar” – deyə Hu qeyd edib.

Bu gəzinti tələbi birbaşa olaraq iş öhdəliklərinə aid olmasa da, gün ərzində 10 000 addım yeriməyən əməkdaşlar cərimə edilir. İdman ilə əvvəldən məşğul olan əməkdaşlar bu öhdəlikdən azad edilir.
“Şirkət əməkdaşlarından bəziləri gəncdilər, lakin sağlamlıqları ilə problemləri var. Bizim proqramımız öhdəliklərin bir hissəsidir. Çünki biz hər kəsin sağlam həyat tərzi sürməsini istəyirik” – şirkət nümayəndələrindən biri vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər