18 C
Baku
Sunday, September 29, 2024

Şirkət keçən il iki səhmdarına ümumilikdə 5 mln. manat dividend ödəyib

Su və nəqliyyat infrastrukturunun layihələndirilməsi üzrə mühəndis mərkəzi “Hydrotrans – Engineering Mühəndislik Mərkəzi” MMC keçən il xalis mənfəətindən sahiblərinə 5.02 mln. manat dividend ayırıb.

Banker.az bunu şirkətin illik maliyyə hesabatına istinadən xəbər verir.

Kommersiya qurumu keçən il 2.8 mln. manat xalis mənfəət əldə etməklə ardıcıl olaraq illəri xalis mənfəətlə tamamlamış olub. 2022-ci ildə qeydə alınmış göstəricidən 5 dəfə çoxdur.

Keçən il “Hydrotrans – Engineering MM” 2023-cü ildə 6.49 mln. manat satışdan gəlir əldə edib.

1 yanvar 2024-cü il tarixinə 2.82 mln. manat bölüşdürülməmiş mənfəəti olub var.

Xatırladaq ki, “Hydrotrans – Engineering Mühəndislik Mərkəzi” MMC 1995-ci ildə təsis edili. Onun 716 manat nizamnamə kapitalının 70 faizi “Efendi İnternatinal Group” MMC-yə, 30 faizi isə Emina Khanum Omarievaya məxsusdur. Emina Khanum həm də şirkətin baş icraçı direktorudur.

Son xəbərlər
Digər xəbərlər