15 C
Baku
Friday, April 26, 2024

Şirkət məhkəmədə Mərkəzi Banka qarşı “maddi ziyanın ödənilməsi” iddiası qaldırıb

Azərbaycana xaricdən kərə yağı idxal edən “FOODINI” MMC ölkənin maliyyə bazarının requlyatoru olan Azərbaycan Mərkəzi Bankını məhkəməyə verib.

Banker.az xəbər verir ki, şirkət, bununla bağlı Bakı Kommersiya Məhkəməsinə 18 noyabr 2021-ci il tarixində müraciət edib.

Şirkət, AMB-yə qarşı “maddi ziyanın ödənilməsi” iddiası ilə çıxış edir.

İş icraata götürülüb və məhkəməyə Zeynəb Axundova sədrlik edir.

“FOODINI” MMC 2014-cü ildə təsis edilib. Azərbaycana xaricdən kərə yağı idxal edir.

Qeyd edək ki, ötən gün bu şirkətin özü ilə bağlı nöqsan aşkarlanmışdı.

AzərbaycanQida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, “Foodini” MMC tərəfindən istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə edilmiş müraciət əsasında istifadə müddəti bitmiş ümumi çəkisi 3621.63 kq müxtəlif növ istehlaka yararsız qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər