CBS Corp Media şirkəti, onun keçmiş baş icraçı direktoru və direktorlar şurasının sədri olan Lesli Munvzanın işdən son haqq-hesab üzrə ödənişini ala bilməyəcəyini açıqlayıb. Baş direktorun alacağı ödəniş 120 milyon dollar kimi qiymətləndirilir.
Bu qərar, həyata keçirilən daxili yoxlamanın nəticələrinə əsasən verilib. Adı çəkilmiş yoxlama göstərib ki, o, “qarşı tərəfin buna razılığı olmadan həm şirkət daxilində, həm də xaricində dəfələrlə cinsi əlaqəyə girmişdir”,-The New York Times daha əvvəl bu haqda yazıb.
Daxili yoxlamaları həyata keçirən hüquqşünaslar L. Munvz ilə dörd dəfə söhbət edərək onun bəzən cavablardan yayındığını, həqiqəti gizlətdiyini, həmçinin bilərəkdən qanunsuz cinsi əlaqələri haqqında yalan danışdığını bildirmişdirlər.
CBS-in idarə heyəti, L. Munvzanın istefasını onun şirkətin siyasətini və əmək müqaviləsinin şərtlərini pozması ilə əsaslandırıb. Nəticədə, o, 120 milyon dollar cıvarında işdən son haqq-hesab üzrə ödənişini ala bilməyəcək.
- Munvzanın hüquqşünasları rəhbərlik heyətinin qərarını əsassız olduğunu, Munvzanın hər zaman istintaqla tam əməkdaşlıq etdiyini və başqalarının iradəsinə qarşı heç bir cinsi əlaqəyə girmədiyini iddia ediblər.
1980-2000-ci illər arasında təqribən 10-dan çox qadın L. Munvzanın əxlaqsız davranışından şikayət edib.
68 yaşlı L. Munvz CBS-də ümumilikdə təxminən 24 il, baş icraçı vəzifəsində isə 12 il çalışıb. O, Amerika mətbuatının ən nüfuzlu insanlarından biri sayılmışdır.