Şirkət rəhbəri və digər vəzifəli şəxslərin əmlakına həbs qoyulub.
Banker.az xəbər verir ki, Salyan rayon prokurorluğundan verilən məlumata görə, Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən İntiqam Abuşov mərkəzin baş mühasibi Lalə Baxışova ilə əlbir olaraq əmək funksiyalarını yerinə yetirməyən işçilərin maaş kartlarını ələ keçirməsinə, habelə bir neçə MMC-nin faktiki rəhbəri olan Hüseynqulu Mənsimov ilə əlbir olaraq müxtəlif məbləğlərdə pul vəsaitlərini Mərkəzin hesabından həmin cəmiyyətlərin hesablarına imzaladıqları saxta sənədlər əsasında köçürülmələrinə, bu yolla da külli miqdarda pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, iş üzrə vurulmuş ziyanın ödənilməsi məqsədilə İntiqam Abışov, Lalə Baxışova və Hüseynqulu Mənsimov tərəfindən cinayət yolu ilə əldə edilmiş pul ilə alınmış və qəsdən ailə üzvünün adına sənədləşdirilmiş əmlaklar üzərinə həbs qoyulub.