Şirkətlər və fiziki şəxslərin banklara depozit yatırımının həcmi 1 mart 2021-ci il tarixinə 20 milyard 653.8 milyon manat təşkil edib.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankının 2021-ci ilin yanvar-fevral üzrə icmal göstəricilərinə istinad edir.
Bu da son bir ay ərzində 1.8% artım deməkdir.
Bankların müştərilərdən cəlb etdiyi depozitlərin 8 milyard 247.5 milyon manatı (2.1% aylıq artım) fiziki şəxslərin və 12 milyard 406.3 milyon manatı hüquqi şəxslərin (+1.6%) təşkil etmişdir.
Bankların öhdəliklərinin 373.6 milyon manatı AMB-nin onlara qarşı tələbləri, 233.3 milyon manatı loro hesablar, 965.4 milyon manatı maliyyə institutlarının depozitləri, 34.2 milyon manatı bank kreditləri və 1 milyard 728.2 milyon manatı isə emissiya etdikləri qiymətli kağızlar təşkil edib.
Beləliklə, bankların öhdəliklərinin həcmi 27 milyard 437.7 milyon manat olub.