2021-ci yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 1.36 milyard manat (14.2%) azalıb.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Azərbaycanda şirkətlərin mənfəət (gəlir) vergisi üzrə ödənişlərinin 2021-ci ilin ilk 4 ayındakı həcmi 188.32 milyon manat artıb.
2021-ci ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinə 1 milyard 487.22 milyon manat hüquqi şəxslərin mənfəət vergisindən ödənişləri təşkil edib. Bu isə öncəki ildən 14.5% öncəki ildən çoxdur.
Fiziki şəxslərin gəlir vergisi üzrə ödənişləri isə 2021-ci ildə 20.58 milyon manat, yaxud 5.73% artımla 379.79 milyon manata qədər artmışdır.
Dövlət büdcəsinin əsas gəlir mənbəyi olan ƏDV-dən daxilolmalar Əlavə dəyər vergisi 45.9 milyon manat (2.7%) azalma ilə 1 624.56 milyon manata, sadələşdirilmiş vergi 11.1 milyon manat (9.3%) azalmaqla 108.84 milyon manata, əmlak vergisi 3.8 milyon azalmaqla (6.4%) 55.63 milyon manata, aksizlər üzrə 42.49 milyon (14.5%) azalmaqla 336.35 milyon manata düşmüşdür.
Dövlət büdcəsinin gəlirləri 2021-ci ilin yanvar-aprel ayları | |||
Gəlir, mln. ₼ | İllik fərq, mln. ₼ | İllik dəyişmə | |
Gəlirlər – cəmi | 8,235.40 | – 1,360.18 | -14.2% |
o cümlədən: | |||
Fiziki şəxslərin gəlir vergisi | 379.79 | 20.58 | 5.7% |
Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi | 1,487.22 | 188.32 | 14.5% |
Torpaq vergisi | 7.48 | 3.19 | 74.4% |
Əmlak vergisi | 55.63 | – 3.80 | -6.4% |
Əlavə dəyər vergisi | 1,624.56 | – 45.90 | -2.7% |
Sadələşdirilmiş vergi | 108.84 | – 11.10 | -9.3% |
Aksiz | 336.35 | 42.49 | 14.5% |
Yol vergisi | 35.16 | 0.78 | 2.3% |
Mədən vergisi | 43.95 | 0.14 | 0.3% |
Xarici iqtisadi fəaliyyətlə bağlı vergilər | 413.82 | 28.90 | 7.5% |
Digər daxilolmalar | 3,742.60 | – 1,583.78 | -29.7% |