6 C
Baku
Saturday, December 14, 2024

Şirkətin Azərbaycan üzrə rəhbərini hədələyək 50 min dollar tələb edən şəxslər tutulub

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən məşhur sərinləşdirici energetik içkilərdən birinin Azərbaycan üzrə rəhbəri Məmməd və Fikrət adlı iki nəfərin istehsal etdikləri içkinin içərisindən guya ölü siçan çıxması barədə video çəkəcəkləri və həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə onu hədələdiyi barədə məlumat verib.

DİN-dən banker.az-a verilən məlumata görə, həmin şəxslər bu böhtan xarakterli, həqiqətə uyğun olmayan videonun yayılmaması üçün şirkət rəhbərindən 50000 ABŞ dollar pul tələb ediblər.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxslər, Bakı şəhər sakinləri – Məmməd Abbasov və Fikrət Abdullayev şirkət rəhbərindən tələb etdikləri pulun 10000 ABŞ dollarını alan zaman saxlanılıblar. M.Abbasovun üzərində şəxsi axtarış aparılan zaman ondan hədə-qorxu gələrək aldıqları pul vəsaitləri aşkar olunaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər ifadələrində törətdikləri etiraf ediblər.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər