19 C
Baku
Friday, October 10, 2025

Şirkətin Azərbaycandan olan vitse-prezidenti bir həftə öncə aldığı səhmləri satıb

Azərbaycanda qızıl, mis və gümüş istehsal edən Böyük Britaniya mədən şirkəti “Anglo Asian Mining plc”nin vitse-prezidenti İlham Xəlilovun səhləri satdığını açıqlayıb.

Banker.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Mədən Şirkətinin (AİMKLŞ) vitse-prezidenti İlham Xəlilov 29 sentyabr 2025-ci il tarixində Xəlilov şirkətin səhm opsionlarını həyata keçirərək 100,000 yeni adi səhm əldə etmişdi. Bu əməliyyatdan sonra onun şirkətin pay kapitalında 100 000 səhmə, yəni təxminən 0.087% paya sahib olduğu bildirildi.

Yeni səhm mövcud adi səhm sahibləri ilə eyni hüquqlara malik olub və hər hansı dividend və ya digər ödənişləri almaq hüququnu əhatə edirdi.

Daha sonra 8 oktyabr 2025-ci il tarixində 72 000, 9 oktyabr 2025-ci il tarixində isə 28,000 səhm satılaraq əməliyyat tamamlandı. Bu satışlardan sonra İlham Xəlilov payı tam satmış olub.

Qeyd edək ki, bu səhmlərin hər biri 2.05 funt-sterlinq təşkil edir.

Son xəbərlər
Digər xəbərlər