12 C
Baku
Wednesday, December 11, 2024

Şirkətin dövlətə ₼6.5 milyonluq vergi borcu var

Azərbaycanda  “Aztexnika” MMC-nin dövlətə 6.5 mln manat vergi borcu var.

Banker.az xəbər verir ki, borcu olan şirkət barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarəsi kommersiya məhkəməsinə müraciət edib.

Dəqiq olaraq hansı məbləğin üstündə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət olunması barəsində məlumat göstərilməyib. Lakin, Banker.az bununla bağlı baza məlumatlarından aldığı xəbərə görə, 6 515 282 manat həcmində 2 sentyabr 2020-ci il tarixinə borcu vardır.

“Aztexnika” 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin 10 manat nizamnamə kapitalı olmaqla ona qanuni təmsilçiliyi Rafiq Hacıyev Nəsir oğlu adlı şəxs edir.

Son xəbərlər
Digər xəbərlər