18 C
Baku
Sunday, September 8, 2024

Şirkətinin əlindən alındığını deyən “İdeal” təsisçisi məhkəməyə müraciət edib

“İdeal Kompani” MMC-nin hüquqi varisi olan  “Adore Kompani”yə qarşı təsisçisi  iddia qaldırıb.

Banker.az saytının xəbərinə görə, “İdeal” ilə “Sabina” parfurmeriya və kosmetika mağazalarının birləşməsindən sonra adını dəyişərək “Adore Kompani” MMC-ə qarşı İlqar İsmayıl oğlu İsmayılov iddia qaldıraraq mənfəətin  iştirakçılar  arasında  bölüşdürülməsi  ilə  bağlı  təsisçilərin ümumi  yığıncağının  keçirilməsi  öhdəliyinin  qoyulması  barədə  iddia  ərizəsi  ilə Bakı Kommersiya Məhkəməsinə müraciət  edib.

“İdeal Kompani”ın keçmiş baş direktoru, həmçinin təsisçisidir İlqar İsmayılov barəsində 2017-ci ildə cinayət işi başlanıb, həbs edilmişdi. O, bu şirkətdə 18 il baş direktor vəzifəsində olub. Azadlığa çıxdıqdan sonra “Premium Bank” (əvvəlki Silk Vey Bank) və şirkətinin hüquqi varisi olan “Adore Kompani”yə qarşı sosial şəbəkədəki imkanlardan istifadə edərək, onun adına qanunsuz kredit müqavilələri bağlandığını iddia etmişdi. Əsas iddiası isə şirkətinin onun əlindən zor və dələduzluqla alındığını iddia etmədir. Lakin, qarşı tərəf “Premuim Bank” və “Adore Kompani” tərəfindən bu iddialara heç bir reaksiya olmayıb.

Şirkət təsisçisi hələ də bu şirkətlə mübahisəsini dayandırmayıb.

Bakı Kommersiya Məhkəməsi hakimi İlqar İsmayılovun iddiasına cavab olaraq, kommersiya  mübahisələri  üzrə  işdə  iştirak  edən  digər  şəxslər  tərəfindən  iddia  ərizəsinin  alınmasına  dair  sübut  təqdim edilmədiyi üçün  iddia  ərizəsini geri  qaytarıb.

Son xəbərlər
Digər xəbərlər