10 C
Baku
Friday, December 13, 2024

Şirkətlər “Bank Avrasiya”dakı depozitlərinin 17%-ni geri çəkib

“Bank Avrasiya” ASC-nin hüquqi şəxs müştəriləri bankdakı depozitlərinin bir hissəsini geri çəkib.

Bu barədə Banker.az bankın 2022-ci ilin birinci rübü üzrə maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata görə, bankın 1 aprel tarixinə 5.3 mln. manatlıq şirkət depozitləri olmuş, bu da son 3 ay ərzində 17% azalma deməkdir.

Bankın ümumi depozitlərinin həcmi 58.9 mln. manat təşkil edir. Burada 53.6 mln. manatı fiziki şəxslərin depozitləridir.

Maliyyə vəziyyəti haqqında hesabat
Hesabatlılıq dövrü: 31.03.2022

Yenilənmə tarixi:   22.04.2022

Hesabat dövrü Ötən ilin sonu
1 Aktivlər: 176752.92 167444.39
1.1 Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait 41551.52 41717.38
1.2 Ticarət və investisiya qiymətli kağızları 23586.54 16835.78
1.3 Banklar və digər maliyyə institutlarındakı depozitlər 0 0
1.4 Banklar və digər maliyyə institutlarına verilən kreditlər 4655.00 4655.00
1.5 Müştərilərə verilmiş kreditlər 116835.18 114221.16
1.5.1 a) istehlak kreditləri 3948.73 3921.87
1.5.2 b) biznes kreditləri 73189.51 71454.07
1.5.3 c) daşınmaz əmlak kreditləri 39696.94 38845.22
1.5.4 d) digər kreditlər 0 0
1.5.5 Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat 19231.97 18783.58
1.5.6 Müştərilərə verilmiş kreditlər (xalis) 97603.21 95437.58
1.6 Əmlak və avadanlıqlar 2942.04 2868.74
1.7 Qeyri-maddi aktivlər 319.08 336.08
1.8 Təxirə salınmış vergi aktivləri 0
1.9 Balansdankənar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat 226.82 192.30
1.10 Digər aktivlər 6322.35 5786.14
2 Öhdəliklər: 104199.50 95700.89
2.1 Depozitlər 58895.79 50068.52
2.1.1 a) fiziki şəxslərin depozitləri 53594.27 43656.38
2.1.2 b) hüquqi şəxslərin depozitləri 5301.52 6412.14
2.2 Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər 0 0
2.3 Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 44431.52 44721.13
2.4 Borc qiymətli kağızları 0 0
2.5 Cari vergi öhdəlikləri 50.16 52.73
2.6 Təxirə salınmış vergi öhdəliyi 0 0
2.7 Subordinasiya borc öhdəlikləri 0 0
2.8 Digər öhdəliklər 822.03 858.51
3 Kapital: 72553.42 71743.50
3.1 Səhmdar kapitalı 50000 50000
3.2 Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər) 0 0
3.3 Bölüşdürülməmiş mənfəət 20797.19 20033.71
3.4 Ümumi ehtiyatlar: 1756.23 1709.79
3.4.1 a) kreditlər, lizinqlər və digər tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar 1523.64 1449.27
3.4.2 b) əsas vəsaitlərin qiymətləndirilməsindən adi ehtiyatlar 0 0
3.4.3 c) digər ümumi ehtiyatlar 232.58 260.52
4 Cəmi öhdəliklər və kapital 176752.92 167444.39

 

Son xəbərlər
Digər xəbərlər