9 C
Baku
Thursday, December 12, 2024

Şirkətlər də qazanır, dövlət də — ₼5 milyardlıq ödəniş!

Azərbaycan Respublikası dövlət büdcəsinə hüquqi şəxslərin ödədiyi mənfəət (gəlir) vergisinin həcmi ilk 4 ay üçün 5 mlrd. manata çatıb və bu, illik 85 faiz artımdır.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-aprel ayları ərzində şirkət və təşkilatlardan 4 mlrd. 964.9 mln. manat həcmində mənfəət vergisi daxil olub.

2022-ci ilin eyni dövründə hüquqi şəxslər dövlət büdcəsinə 2 mlrd. 687.3 mln. manat həcmində mənfəət vergisi ödəmişdilər.

2020-ci ildə büdcə gəlirlərinin 9.7 faizi mənfəət vergisi hesabına formalaşırdısa, 2021-ci ildə bu rəqəm 11.1 faizə, 2022-ci ildə 25.1 faizə və 2023-cü ildə isə 40.8%-ə yüksəlib.

Fiziki şəxslər isə ilin müvafiq dövründə dövlətə 525.2 mln. manat həcmində gəlir vergisi ödəyib. Bu illik 13 faizdən yuxarı artımdır.

İlin yanvar-aprel ayları dövlət büdcəsinin gəlirləri, milyon manat

2023

2022

Gəlirlər – cəmi                              12,164.9                              10,691.5
o cümlədən:
Fiziki şəxslərin gəlir vergisi                                    525.2                                    464.0
Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi                                 4,964.9                                 2,687.3
Torpaq vergisi                                         9.0                                         8.3
Əmlak vergisi                                    100.6                                       82.9
Əlavə dəyər vergisi                                 2,811.6                                 2,284.4
Sadələşdirilmiş vergi                                    134.6                                    128.1
Aksiz                                    426.0                                    388.6
Yol vergisi                                       48.2                                       43.6
Mədən vergisi                                       47.1                                       47.8
Xarici iqtisadi fəaliyyətlə bağlı vergilər                                    533.3                                    448.2
Digər daxilolmalar                                 2,564.4                                 4,108.4

 

Məlumat üçün bildirək ki, şirkətlərin bütün gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Mənfəət vergisi də bu mənfəətin müəyyən edilmiş faiz dərəcəsinə vurulması ilə müəyyən edilir. Hazırda mənfəət vergisi 20% olsa da bu şirkətlərin öncəki maliyyə durumlarına (məsələn yığılmış zərərə görə) fərqli hesablanır.

AR Vergi Məcəlləsinin 105-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20% dərəcəsi ilə vergi tutulur.

Məsələn, müəssisənin hesabat ilində mühasibat mənfəəti 200 000 manat olub. Müəssisə mühasibat uçotunda avadanlıqlara düz xətt metodu ilə, vergi uçotunda isə azalan qalıq metodu ilə amotizasiya xərcləri hesablayır. Hesabat ilində amortizasiya xərcləri mühasibat uçotunda 87 500 manat, vergi uçotunda isə 70 000 manat olub. Fərq 17 500 manat təşkil edir. Beləliklə, mühasibat mənfəəti ilə vergi mənfəəti arasındakı fərq 17 500 manat olacaq. Vergi mənfəəti olacaq 217 500 manat, mənfəət vergisi isə 43 500 manat.

Son xəbərlər
Digər xəbərlər