8 C
Baku
Wednesday, November 6, 2024

Şirkətlər dövlət büdcəsinə ilk 7 ayda ₼6.5 milyard mənfəət vergisi ödəyiblər

Azərbaycanda şirkət və digər kommersiya təşkilatları 2023-cü ilin ilk yeddi ayında gəlirlərindən dövlətə 6.5 mlrd. manat vergi ödəyiblər.

Banker.az bunu Dövlət Statistika Komitəsinin təqdim etdiyi göstəricilərə istinad edir.

Bildirilir ki, 2023-cü ilin ilk 7 ayında hüquqi şəxslər dövlətə 6 milyard 512.9 milyon manatlıq mənfəət vergisi ödəyiblər. Bu 2022-ci ilin eyni dövründən 1 milyard 463 milyon manat və ya 29% çoxdur. 2022-ci ilin ilk yeddi ayında şirkətlər dövlət büdcəsinə 5 milyard 49.9 milyon manat mənfəət vergisi ödəmişdilər.

Məlumat üçün bildirək ki, şirkətlərin bütün gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Mənfəət vergisi də bu mənfəətin müəyyən edilmiş faiz dərəcəsinə vurulması ilə müəyyən edilir. Hazırda mənfəət vergisi 20% olsa da bu şirkətlərin öncəki maliyyə durumlarına (məsələn yığılmış zərərə görə) fərqli hesablanır.

Vergi Məcəlləsinin 105-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20% dərəcəsi ilə vergi tutulur.

Məsələn, müəssisənin hesabat ilində mühasibat mənfəəti 200 000 manat olub. Müəssisə mühasibat uçotunda avadanlıqlara düz xətt metodu ilə, vergi uçotunda isə azalan qalıq metodu ilə amotizasiya xərcləri hesablayır. Hesabat ilində amortizasiya xərcləri mühasibat uçotunda 87 500 manat, vergi uçotunda isə 70 000 manat olub. Fərq 17 500 manat təşkil edir. Beləliklə, mühasibat mənfəəti ilə vergi mənfəəti arasındakı fərq 17 500 manat olacaq. Vergi mənfəəti olacaq 217 500 manat, mənfəət vergisi isə 43 500 manat.

Son xəbərlər
Digər xəbərlər