12 C
Baku
Saturday, November 23, 2024

Şirkətlər gələn ilki mənfəətindən dövlət büdcəsinə 6.42 mlrd. manat vergi ödəyəcək

Azərbaycanda hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmalar 6 milyard 417 milyon manat nəzərdə tutulur.

Bu barədə Banker.az Maliyyə Nazirliyinin təqdim etdiyi “2023-ci il üçün dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı”na istinadən xəbər verir.

Həmin məbləğin 57.1 faizi və ya 3 milyard 667 milyon manatı neft sektorunun, 42.9 faizi və ya 2 milyard 750 milyon manatı qeyri-neft sektorunun payına düşür.

Qeyri-neft sektoru üzrə mənfəət vergisi cari ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 350 milyon manat və ya 14.6 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə 942.5 milyon manat və ya 52.1 faiz çox nəzərdə tutulur.

Qeyri-neft sektoru üzrə mənfəət vergisinin artımına səbəb qeyri-neft ÜDM-in gözlənilən real artım tempinin cari ildə 7.1 faiz, proqnozlaşdırılan ildə isə 4.5 faiz, inflyasiya səviyyəsinin isə müvafiq olaraq cari ildə 12.5 faiz, proqnozlaşdırılan ildə isə 6.9 faiz nəzərə alınması, təqdim edilən makroiqtisadi göstəricilərə əsasən emal sənayesinin nominal ifadədə 32.9 faiz, tikinti sektorunun 6.1 faiz, nəqliyyat və anbar təsərrüfatının 25.3 faiz artması, həmçinin ölkədə uçot və hesabatlılığın təkmilləşdirilməsi tədbirlərinin genişləndirilməsi nəticəsində vergitutma obyekti olan maliyyə-təsərrüfat əməliyyatlarının bilavasitə təqdim olunan vergi hesabatlarında öz əksini tapması və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ilə müəyyən olunan strateji inkişaf hədəfləri baza ssenari üzrə ortamüddətli iqtisadi və sosial inkişaf proqnozlarının nəzərə alınması olmuşdur.

 

Son xəbərlər
Digər xəbərlər