Azərbaycanda şirkət və təşkilatlar keçən il öz gəlir vergisindən 6 milyard 786.9 milyon manat dövlətə vergi ödəyiblər.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da 2023-cü illə müqayisədə 1 milyard 237.4 milyon manat və ya 15 faiz azalmadır. Öncəki ildə dövlət büdcəsinə hüquqi şəxslərin gəlir vergisindən 8 milyard 24.3 milyon manat mənfəət daxil olmuşdu.
Dövlət büdcəsinə keçən il 37 milyard 161.8 milyon manat gəlir daxil olub. Bunun qalan 1 milyard 839,2 milyon manatı fiziki şəxslərin gəlir vergisi, 8 milyard 894,2 milyon manatı ƏDV, 1 milyard 555,7 milyon manatı aksiz vergilər olub.
Məlumat üçün bildirək ki, şirkətlərin bütün gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Mənfəət vergisi də bu mənfəətin müəyyən edilmiş faiz dərəcəsinə vurulması ilə müəyyən edilir. Hazırda mənfəət vergisi 20% olsa da, bu şirkətlərin öncəki maliyyə durumlarına (məsələn yığılmış zərərə görə) fərqli hesablanır.
AR Vergi Məcəlləsinin 105-ci maddəsinə əsasən, müəssisələrin mənfəətindən 20% dərəcəsi ilə vergi tutulur.
Məsələn, müəssisənin hesabat ilində mühasibat mənfəəti 200 000 manat olub. Müəssisə mühasibat uçotunda avadanlıqlara düz xətt metodu ilə, vergi uçotunda isə azalan qalıq metodu ilə amortizasiya xərcləri hesablayır. Hesabat ilində amortizasiya xərcləri mühasibat uçotunda 87 500 manat, vergi uçotunda isə 70 000 manat olub. Fərq 17 500 manat təşkil edir. Beləliklə, mühasibat mənfəəti ilə vergi mənfəəti arasındakı fərq 17 500 manat olacaq. Vergi mənfəəti 217 500 manat, mənfəət vergisi isə 43 500 manat olacaq.