13 C
Baku
Saturday, November 16, 2024

Şirkətlər təkcə bir ayda dövlətə 3 mlrd. manat mənfəət vergisi ödədilər

Azərbaycanda 2022-ci ilin təkcə yanvar ayında şirkətlər və digər təşkilat olan hüquqi şəxslərin dövlət büdcəsinə mənfəət (gəlir) vergisi ödənişinin həcmi 3 mlrd. manata çatdı.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2022-ci ilin ilk ayında bu vergi ödənişlərinin həcmi 2 milyard 958.4 milyon manat oldu. Bu da ötən ilin müvafiq dövrünü 26% üstələyir.

Məlumata görə, buda ümumi dövlət gəlirlərinin 11%-ni təşkil edir. Bu isə öncəki ildə 9% idi.

Xatırladaq ki, 2021-ci ilin ilk ayında pandemiya səbəbindən şirkətlərin mənfəət vergisi azlaraq 2 351.7 milyon manata düşdü. Bu 2018-ci ilin analoji dövründə 2 499.65 milyon manat, 2019-cu ildə isə 2 546 milyon manat idi.

Şirkətlərin bütün gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Mənfəət vergisi də bu mənfəətin müəyyən edilmiş faiz dərəcəsinə vurulması ilə müəyyən edilir. Hazırda mənfəət vergisi 20% olsa da bu şirkətlərin öncəki maliyyə durumlarına (məsələn yığılmış zərərə görə) fərqli hesablanır.

AR Vergi Məcəlləsinin 105-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur.

Misal:Müəssisənin hesabat ilində mühasibat mənfəəti 200 000 manat olmuşdur. Müəssisə mühasibat uçotunda avadanlıqlara düz xətt metodu ilə, vergi uçotunda isə azalan qalıq metodu ilə amotizasiya xərcləri hesablayır. Hesabat ilində amortizasiya xərcləri mühasibat uçotunda 87 500 manat, vergi uçotunda isə 70 000 manat olmuşdur. Fərq 17 500 manat təşkil edir. Beləliklə, mühasibat mənfəəti ilə vergi mənfəəti arasındakı fərq 17 500 manat olacaqdır. Vergi mənfəəti olacqdır – 217 500 manat, mənfəət vergisi isə 43 500 manat.

Mənfəət vergisinin dərəcəsi Vergi Məcəlləsində 20% müəyyən edilibdir.

Son xəbərlər
Digər xəbərlər